Yazını böyüt
Yazını kiçilt
İranın yeni ali lideri Müctəba Xameneinin bir müddət əvvəl baş vermiş hava hücumu zamanı aldığı xəsarətlər tam bərpa olunduğu bildirilir.
Hafta.az xəbər verir ki, bununla bağlı “Al Araby” telekanalı məlumat yayıb.
Bildirilir ki, Xamenei cari ilin 28 fevral tarixində İsrail və ABŞ-nin İrana qarşı həyata keçirdiyi birgə hərbi əməliyyat zamanı yaralanıb:
“Partlayış dalğasının təsiri ilə yerə yıxılan yeni lider diz, bel nahiyəsi və qulaq nahiyəsindən yüngül xəsarətlər alıb. Hazırda onun belindəki zədənin tam sağaldığı, dizindəki problemin isə qısa müddətdə aradan qalxacağı gözlənilir. Bildirilib ki, qulaq nahiyəsindəki kiçik kəsik isə əmmamə səbəbindən zahirən nəzərə çarpmır”.